14 Sentyabr 08:53
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tesla" və "SpaceX"in təsisçisi İlon Mask hər il şəxsi mühafizəsinə milyonlarla dollar xərcləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" yazır.

Nəşrin məlumatına görə, Maskın mühafizəsi prezidentlərin mühafizəsi qədər güclüdür. Qeyd olunur ki, sahibkar mütəmadi olaraq təhqir, təhdid və təqiblər ilə üzləşir. Buna görə də, Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb.

İlon Maskı indi 20 mühafizəçi müşayiət edir, onlar biznesmenin girəcəyi binaları yoxlayır və hətta onu tualetə belə tək qoymurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər