Teleqraf.com xəbər verir ki, müğənni “Speys” telekanalında yayımlanan “Xanımlar və cənablar” adlı proqramın müəllifi və aparıcısı olduğunu bildirib:
“Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq xatirinə nə ağlamaq, nə də yersiz gülmək var. Eyni zamanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği ilə məşğuluq.
Ötən həftə Opera və Balet Teatrında “Arşın mal alan” tamaşasına baxmağa getdim və tamaşadan olduqca böyük zövq aldım. Tamaşa bitdikdən sonra kulisdə aktyorlarla görüşdüm və onları böyük məmnuniyyətlə proqramımızda görmək istədiyimi bildirdim. Mayın 13-ü teatrın mətbuat xidməti ilə əlaqə saxlayıb rəhbərlik səviyyəsində aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm onlara zəng edib verilişimə dəvət etdim.
Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı çoxdan təqaüdə getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan üçünün “Sevil” operasının məşqində olmalarını dedi. Mən də öz növbəmdə aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı söylədim. Veriliş bir saatlıqdır və mən 13:00-da proqrama başlayıb, 14:00-da onları buraxacağıma dair söz verdim.
“Xanımlar və cənablar” proqramına ayrılmış günlərdə 2-3 veriliş çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara xanıma bildirdim. Qisası, hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair faktlar sadalasam da, 76 yaşlı bu xanımın “icazəsini ala” bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək “aktyorlarımı proqrama buraxmıram” dedi.
Bundan sonra mən çəkilişi saat 12:00-la təyin etdim, ehtiyatda bir əlavə saatın olduğunu ona bildirdim və dedim ki, çəkiliş və sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik, aktyorların saat 13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da qalacaq. Tamara xanımı yenə razı sala bilmədim”.
Müğənni “Sevil” operasında oynayan hər üç aktyora proqramda iştiraka icazə verilmədyini çatdırıb: “Sonra proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora dəvətli olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan incəsənəti, Opera və Balet Teatrının təbliği istiqamətiundə söhbətlər edəcəyimizi və yeri gəldikcə tamaşalardan musiqi nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə bildirdilər ki, Opera və Balet Teatrının teatrının rəhbərliyi iclas keçirib və bütün aktyorların “Xanımlar və cənablar” proqramında iştirak etməsini qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini yazıb işdən çıxsın”.
Elnarə Xəlilova belə bir münasibəti anlamadığını bildirib, nazirdən kömək istəyib.
Aylin