Dövlət Musiqili Teatrından Teleqraf.com-a verilən məlumata görə, 14-15 iyul tarixlərində saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq.
Tamaşada rolları əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov ifa edirlər.
Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.