13 Yanvar 2018 20:57
2 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 12-də Quba Rayon Uşaq İncəsənət Məktəbində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə konsert keçirilib.

Teleqraf.com xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin müəllimləri İradə Rəfizadə, Rəna Kamilova və tələbələr iştirak ediblər.

Konsertdən əvvəl məktəbin direktoru Mirkazım Cəfərov çıxış edib, tamaşaçılara əlamətdar bayramlar münasibətilə xoş arzularını çatdırıb.

Sonra Fidan Əliyarzadə, Müjgan Məmmədli, Fatimə Məmmədzadə, Vahidə Seyidova, Röya Şahpələngova, Amalya Ağayeva, İradə Məlikova, Zəhra İsmayılova, Fidan Nəsirova, Camalə Abdinzadə, Ülkər Əsədova, Jalə Həmzəyeva, və Sara Mustafayevanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Kollecin müəllimi Rəna Kamilova məktəbin müəllim və tələbələrinə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com