26 Oktyabr 2018 21:53
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri "Sevgi romanı" adlı mahnısına çəkilmiş klipinə təqdimat keçirib.

Teleqraf.com-un məlumatına görə, jurnalistlərlə görüşən ifaçı təqdim etdiyi ekran işi barədə danışıb.

Onun sözlərinə görə, rejissorluğunu Natiq Muxtarovun etdiyi klip iki günə günə çəkilib: "Əslində bir günə çəkilməli idi. Amma bütün komanda dostlarımız idi, ona görə də bir günün işi iki günə oldu. Ekran işinin ideya müəllifi jurnalist Seymur Zəkarayevdir. Mənim heç bir işim asanlıqla alınmır. Bu klipdə çətinliklər olsa da, amma sonda yaxşı bir iş ərsəyə gəldi. Bəstənin söz və musiqisi Zülfi Bədəlova məxsusdur. Zülfi Röyanın "Mənə sevgindən bəhs et" mahnısını yazmışdı. O mahnı xoşuma gəldiyinə görə, Zülfiyə dedim ki, mənim üçün də yazsın. Klipdə də gördüyünüz kimi sonda evlənmişəm. Ümumiyyətlə bizdə belədir. Sevdinsə gərək ərə gedəsən. Mən də ərə getmək üçün ölürəm".

Nura daha sonra bildirib ki, klip bazarında aktivlik hiss olunur: "Rəhim Rəhimli musiqi kanalına gələndən sonra yerli müğənnilərimizin ekran işləri daha çox nümayiş olunur. Müğənnilərdə həvəs yaranıb. Əslində qadın müğənnilərimiz daha aktivdir. Bu sırada Aygün Kazımova ilə Röyanın adını çəkə bilərəm. Onlar daim öz üzərində çalışırlar. Aygün yeni iş təqdim edən zaman, Röya da bir iş təqdim edir. Bu, sağlam rəqabətdir. Digər xanım müğənnilər də onlara baxıb, işlər təqdim edirlər".

Qeyd edək ki, bəstənin aranjimanını Fərid Ağa edib. Ekran işi həftənin bazar ertəsi "Youtube"da yerləşdiriləcək.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər