15 Dekabr 2018 23:40
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğunun dəstəyi, "UnitedCultures"in təşkilatçılığı ilə "Landmark" otelinin "Rotunda" zalında pianoçu Luis Koşta və violonçelçalan Fernando Koştanın konserti keçirilib. Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə onlarla eyni səhnəni bölüşüb.

Konsertdə Portuqaliya klassik musiqisi və muğamın sintezi səslənib. İfaçıların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Koşta əkiz qardaşları bir çox nüfuzlu musiqi mükafatlarının sahibləridir. Onlar Portuqaliyanı bir sıra beynəlxalq festival və müsabiqələrdə təmsil edir, bütün Avropa ölkələrində, həmçinin ABŞ, Çin və Cənubi Afrika Respublikasında konsert proqramları ilə çıxış edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər