Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnən mahnıya klip çəkilib.
Teleqraf.com xəbər verir ki, "Mən özümü sənə verirəm" adlanan mahnını mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə ifa edib. Mahnının bəstəkarı isə Nigar Həbibovadır.
Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi klipdə Bəyaz Həsənova, Ülvi Şəxlınski və Züleyxa Şixlinskaya, Məsumə Babayeva, Nazim Dadaşov, Mudvər Məmmədova və Azər Əzizov çəkilib.
Qeyd edək ki, mərhum nazirin nəvəsi daha əvvəl “Vorobey” adlı mahnı ilə çıxış etmişdi. Aliyə Əliyeva bu yaxınlarda Rusiyada keçirilən“Vo Ves Qolos 2018” mahnı müsabiqəsində qalib gəlmişdi.