“Ermənistan ordusunun Azərbaycanın Bərdə rayonuna raket hücumu ciddi mülki itkilərə səbəb olub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
“Mülki yaşayış məntəqələrinə hücum Ermənistan rəhbərliyinin həqiqi simasını göstərir. Beynəlxalq ictimaiyyət bu cinayətkar rejimə qarşı təcili tədbirlər görməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.