31 Oktyabr 2022 13:35
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib.

Görüşdə həmçinin, Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər