Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X.com” hesabında bildirilib.
"Biz Pakistanın Mastunq və Hanqu şəhərlərində məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda qeyd olunub.