Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Ağamehdi oğlu Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
A.Əlizadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.
Qeyd edək ki, Akif Əlizadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.