4 Aprel 16:59
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri" sözləri "aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi” sözləri ilə əvəz edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər