3 Oktyabr 2020 13:20
5 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin canlı qüvvələri tükənir, gənclər orduya getməkdən imtina edir, orduda olanlar da qaçırlar”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat rəhbəri Azərbaycan ordusunun işğal edilmiş ərazilərin azad edilməsi istiqamətindəki uğurlu əməliyyatlarının davam etdiyini bildirib:

“Bu gecə Qarabağın şimal-qərbində və cənubunda keçirdiyi şiddətli döyüşlərdən sonra Azərbaycan ordusu mövqelərini daha da möhkəmləndirib. Bundan təsirlənən və məyus olan qondarma respublikanın “prezidenti” Araik Arutyunyan bu gün səhər qərara gəlib ki, birbaşa ön cəbhəyə getsin, nəinki arxada qalsın. O, eyni zamanda hər kəsi vətəni müdafiəyə çağıraraq qeyd edib ki, bu müqəddəs müharibədir.

Görünür ki, ermənilərin canlı qüvvələri tükənir, gənclər orduya getməkdən imtina edir, orduda olanlar da qaçırlar. Yəqin ki, tezliklə Arutyunyan da onlara qoşular. Gerçəkdən, rəşadətli Azərbaycan ordusunun ardıcıl və sistemli əks-hucumları sayəsində ermənilərin vəziyyəti çox ağırdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər