Füzuli, Suqovuşan, Hadrut və Cəbrayıl rayonlarının ərazilərində aparılan axtarış zamanı daha 5 erməni hərbçisinin cəsədləri aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndindəki separatçı qurumun nümayəndəsi Hunan Tadevosyan açıqlama verib.
Tadevosyan cəsədlərin tanınmaz halda olduğunu, şəxsiyyətlərini müəyyənləşdirmək üçün DNT analizinin aparılacağını söyləyib.
O, bu gün axtarış işlərinin Suqovuşan və Füzulidə davam etdiriləcəyini də açıqlayıb.
Tadevosyanın sözlərinə görə, bu günə qədər ümumilikdə 1256 hərbçinin cəsədi tapılıb.