3 Noyabr 2021 17:48
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdrak liseyinin kollektivi Zəfər Gününü ilə əlaqədar “Salam, əziz Şuşam” adlı ədəbi-bədii kompozisiya hazırlayıb.

Teleqraf.com xəbər verir ki, Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən kompozisiyanın əsas məqsədi “Qarabağ Azərbaycandır” reallığını gənc nəslə təqdim etmək, qəhrəman oğullarımızı daha yaxından tanıtmaqdır.

Kompozisiyada şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə, Vətən müharibəsinin iştirakçısı olmuş jurnalist, “İki sahil” qəzetinin baş redaktorunun müavini Anar Miriyev çıxış edib.

25 nəfərdən çox şəhid övladının təhsil aldığı İdrak liseyinin təsisçisi, professor Mönsüm Alışov tədbirdə iştirak edən qaziləri, şəhid ailələrini, millət vəkillərini, təhsil işçilərini Zəfər günü münasibəti ilə təbrik edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər