5 Avqust 2022 12:01
5 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Diqqət etdinizmi? Ermənistan hökumətinin iclasları tamamilə Azərbaycan üçün keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Sofiya Ovsepyan deyib.

Siyasətçi “Qarabağda Ermənistan hərbçisi yoxdur” deyən Baş nazir Nikol Paşinyanı hədəfə alıb:

“Ermənistan hökumətinin bu iclasları növbəti addımların təqdimatı və ya planlaşdırılmasıdır. Bu, görülən və görüləcək tədbirlər haqqında hesabatdır.

Azərbaycan üç istiqamətdə Ermənistan ərazisindən Naxçıvanla əlaqəni təmin edə bilər. Guya bu dəhliz statusunda olmayacaq.

Bəyan edir ki, Qarabağda Ermənistan ordusunun heç bir əsgəri yoxdur. Biz də bunu səssizcə qarşılayırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu