12 Noyabr 2022 12:33
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci il noyabrın 10-da üçtərəfli bəyannamənin imzalanmasından iki il sonra istər diplomatik, istərsə də hərbi cəbhədə uğursuzluq ardınca uğursuzluq yaşayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Həsən-Cəlalyan deyib.

“10 noyabr sənədinin imzalanmasından sonra mən İlham Əliyevlə görüşləri zamanı heç vaxt Nikol Paşinyandan eşitməmişəm ki, Qarabağ münaqişəsi həll olunmayıb. Paşinyan və Əliyevin iştirakı ilə demək olar ki, hər görüşdən sonra yayımlanan sənədlərdə və bəyanatlarda “Qarabağın statusu”ndan, “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”ndan bəhs edilmir.

Hətta Brüsseldə keçirilən görüşlərdən birinin ardınca verilən bəyanatda Qarabağ erməniləri “Qarabağın etnik icması” kimi qeyd olunur. Sonuncu nümunə Qarabağın “yerləşdirmə zonası” kimi təqdim edildiyi Soçi bəyanatıdır. Ümumiyyətlə, Qarabağdan bəhs edilmir. İstər hərbi sahədə, istərsə də diplomatik cəbhədə Qarabağ məsələsi baxımından yalnız uğursuzluqlar və geriləmələr qeydə alınır”, - politoloq vurğulayıb.

Cəlalyan görüşlərin intensiv xarakter daşımasına toxunaraq, ATƏT-in Minsk qrupu formatının faktiki fəaliyyət göstərmədiyi bir şəraitdə hər üç həmsədr ölkənin – ABŞ, Fransa və Rusiyanın ayrı-ayrılıqda fəallıq göstərməyə başladığını vurğulayıb.

Politoloq görüşlər zamanı iki versiyanın - Rusiya və ABŞ variantlarının ortaya qoyulduğunu vurğulayıb:

“Əvvəlcə rus versiyası üzə çıxdı. Bu, “münaqişənin yekun həlli”ni gələcəyə saxlayır.

Bəs Vaşinqton və ya Amerika versiyası haqda nə demək olar? Oktyabrın 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frenk Pallon Ermənistanın İctimai Televiziyasının efirində dedi ki, Qarabağ vaxtilə Azərbaycanın tərkibində muxtar vilayət statusunda olub və indi də belə olmalıdır. Yəni ABŞ Qarabağa Azərbaycanın bir hissəsi kimi baxır. Pallondan təsadüfən sitat gətirməmişəm. O, 25 il əvvəl - 1997-ci ildə də belə demişdi. Təbii ki, Pallon ABŞ-ın mövqeyini ifadə edir".

Rusiyaya gəldikdə, erməni ekspert hesab edir ki, Moskva bölgədəki təsir vasitələrini saxlamaq üçün Ermənistanla Azərbaycan arasındakı problemlərin həllini istəmir:

“ABŞ isə məsələni hansısa yolla həll etməyə çalışır. ABŞ-ın son məqsədi Rusiyanı regiondan kənarda qoymaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər