20 Yanvar 2023 14:27
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlıları tanınmış erməni kriminal avtoritetlər Ara və Alik Banduryan qardaşlarına Xankəndidən çıxmalarına kömək edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

“Bizə dedilər ki, Qarabağa bəzi “sənəd məsələləri”ni həll etmək üçün gəliblər. Amma təxminən bir həftə əvvəl oradan çıxa biliblər. Rus sülhməramlıları bu işdə onlara kömək edib. “Ural” markalı hərbi maşınla Ermənistana aparıblar”, - məlumatda deyilir.

Qəzet qeyd edir ki, onlar Ermənistandan Xankəndiyə gələn digər şəxsləri də özləri ilə aparıblar: “Banduryan qardaşlarının yanında yaxın dostları “Tarzan” ləqəbli gənc də olub”.


Müəllif: Mənsur Rəğbətoğlu