27 Oktyabr 2023 20:43
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülleteninə əsasən, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb.

Teleqraf.com xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər