Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana məxsusluğunu tanıyan qərarından sonra Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Qarabağda yerləşdirilib:
“Bu sənəd ləğv edilməyib. Sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabrına qədər, daha da uzadılması imkanı ilə bölgədə qalması nəzərdə tutulur.
Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq, Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən görüşlərdə Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana məxsusluğunu tanımaq qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.
İndi biz sülhməramlıların Qarabağda mövcudluğu ilə bağlı bütün məsələləri yalnız Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv atmosferdə baş verir”.