Teleqraf.com xəbər verir ki, videoda Eblanın miladdan öncə 2500-cü illərdə bugünkü Suriyanın paytaxtı Şam ilə Türkiyənin cənub-qərb bölgəsini əhatə edən krallıq olduğu bildirilir.
Eblalıların özəlliyi informasiyaları yazı halına salmalarında olub. 1975-ci ildə bu bölgədə aparılan arxeoloji qazıntılar zamanı üzərində mixi yazılar olan təxminən 200 min gil lövhədən ibarət arxiv tapılıb. Gil lövhələrdəki yazıları araşdıran alimlər dinlərdən bəhs edən önəmli məlumatlarlarla qarşılaşıblar.
Tövrat, İncil və Quranda adları çəkilən mələk və peyğəmbərlər haqqında məlumatlar bu lövhələrdə də əks olunub. Lövhədə mələk Mikayıl Mi-Ka-İl, Hz. İbrahim peyğəmbər Ab-ra-mu, Hz.İsmayıl isə İş-ma-il kimi qeyd olunub. Ebla lövhələri Tövratdan 1500 il öncə yazılıb. Bu lövhələrdə Hz. İbrahimin adının çəkilməsi ilə aydın olur ki, onun təbliğ etdiyi din Tövratdan öncə mövcud olub.
Eblalılar da digər xalqlar kimi, dinlərini insanlar arasında elçilər göndərərək, təbliğ ediblər.
Gil lövhələrdən birində Sodom və Qomorra, eləcə də Quranda adı çəkilən İrəm şəhərləri xatırlanır. Maraqlıdır ki, bu adlara peyğəmbərlərin təbliğ etdiyi kitablardan əlavə heç bir yerdə rast gəlinməyib.
Şəfiqə Nazimqızı