16 Dekabr 2017 13:49
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 2017-ci il bitmək üzrədir. Bəs görəsən yaradıcı insanların növbəti il üçün hansı planları var, hazırda nə üzərində işləyirlər?

Teleqraf.com yazarlarımızın yaradıcı planları ilə maraqlanıb. Görək kim nə yazır, kim oxucuların görüşünə necə gələcək.

Şərif Ağayar:

- “Ağ göl” romanının son tamamlama işləri gedir. Yeni ilə qədər nəşriyyata verəcəyəm. İlin əvvəli çap olunacaq.

Aqşin Yenisey:
- İş çoxdu, nəsr kitabı demək olar ki, hazırdı, redəktə edib çapa göndərmək üçün fürsət axtarıram. Türkcə şeirlər kitabı bitmək üzərədir. Eyni zamanda türkcə və ruscadan tutuşduraraq dilimizə uyğunlaşdırdığım bir kitab üzərində işləyirəm: K.Armstronqun "Tanrının tarixi" kitabı.

Elvin Abdulla (rejissor, ssenarist):
- “Barama” serialının montajı ilə məşğulam. Bir də yeni dram janrında çəkəcəyimiz filmin ssenarisini yazıram.

İlqar Fəhmi:
- “Mən paralel üç-dörd iş üzərində işləyirəm. İki kitab var əlimdə, biri “Şeyx Səfiəddinin bioqrafiyası”, biri də “Şərq arxitepləri”. Bir neçə ssenari də var.

Mübariz Örən:
- Hazırda paralel olaraq iki hekayə üzərində işləyirəm. Şərti adları "Minotavrın ölümü" və "Tuluq"du. Vaxt azlığından işlər bir az ləng gedir, amma gedir.

Ayxan Ayvaz:
- Bizim yaradıcılıqla məşğul olmağımız həqiqətən fədakarlıqdır. Ancaq hərdən vaxtdan qırıb öz yazılarımızın dünyasına baş vura bilirik. Son vaxtlar bu barədə həssaslığım artıb. Məsələn, dünən evdə romanımı redaktə edirdim. Üstündən xeyli zaman keçmişdi. Romanım mənim üçün yaman darıxmışdı. Mən də gəlib ona sığal çəkdim. Və bu sığalı davamlı şəkildə etməyə ona söz verdim. O da mənə göz vurdu ki, narahat olma, əla roman olacağıma söz verirəm.

Qalib Mirzəliyev (rejissor, ssenarist):
- Yeni uşaq komediya filminin montajı üzərində işləyirəm, rəsmlər çəkirəm.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər