22 Sentyabr 2018 21:35
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Bakıda Heydər Əliyev Sarayında “Broadway Story” tamaşasının premyerası olub. Səhnə əsəri ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə ərsəyə gəlib.

“Broadway Story” tamaşası yerli, həm də Amerikadan dəvət olunmuş xoreoqrafların quruluşunda hazırlanıb.

Tamaşadan öncə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil bildirib ki, bu axşam Heydər Əliyev Sarayının səhnəsində Nyu-York ab-havası yaşanacaq. Diplomat qeyd edib ki, “Broadway Story” Manhattan küçəsində 41 peşəkar kollektivə verilmiş ümumi addır. Amerikan incəsənət forması olan bu tamaşa rəqs və musiqidən ibarət olan müzikldir. “Mənim üçün xoşdur ki, “Broadway Story” ABŞ-ın zəngin teatr fəlsəfəsini azərbaycanlı tamaşaçılarla bölüşəcək”, - deyə Uilyam Gil əlavə edib.

Sonra tamaşa təqdim olunub. Maraqlı süjet xətti ilə seçilən tamaşa faciə ilə üzləşən iki gəncin hekayəsindən bəhs edir. Onlar yaşadıqlarını unutmaq üçün Nyu-Yorka gəlir və həyatlarını burada davam etdirirlər. Səhnə əsərində həyəcan, macəra və sevgi ön plana çəkilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər