9 İyun 2019 12:59
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 9-da Bakıda “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda keçirilən Beynəlxalq Memarlıq Forumunun bəyannaməsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə və Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye imzalayıblar.

Tədbirdə çıxış edən Elbay Qasımzadə üçgünlük forum çərçivəsində əhəmiyyətli müzakirələrin aparıldığını bildirib. Qeyd edib ki, forum zamanı keçirilən sessiyalarda tarixi irsin istifadəsi və mühafizəsi, turizmin iqtisadiyyata, istehlakçıların vərdişlərinə, şəhər infrastrukturuna təsiri müzakirə olunub, tarixi şəhərlərdə kütləvi turizmə nəzarət edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tomas Vonye Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, forum çərçivəsində aparılan müzakirələr turizmin inkişafına, eləcə də tarixi abidələrin qorunması işinə öz töhfəsini verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər