24 Noyabr 2021 13:59
3 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Sarayında fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” adlı fərdi sərgisi baş tutub.

Teleqraf.com xəbər verir ki, Ramin Aslanovun sərgisində əsərləri nümayiş edilib.

Fotoqrafın müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən foto sərgisi tamaşaçılar qarşısında ilk hesabatıdır.

Təbiətin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edib.

Foto sərgidən əldə olunacaq gəlir "YAŞAT" Fonduna ianə ediləcək.

Qeyd edək ki, sərgidə əməkdar artist Ramil Qasımov, aparıcı Zümrüd Qasımova, Firuzə (Fira) Cəlilova, prodüser Tamilla Hüseynəliyeva və bir çox mədəniyyət və ictimayyiət nümayəndələri iştirak ediblər.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər