Kanada sakini 20 yaşlı Məryəm Dusre Lemayın fıstığa qarşı allergiyası onun ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, gecəni oğlan dostugildə qalan Məryəm yatmazdan öncə onu "iyi gecələr" deyərək öpən sevgilisinin fıstıq yediyini bilincə nəfəsi tutulub. Təcili yardım gəlincə qadın dünyasını dəyişib.
Məryəmin anası bildirib ki, qızının tez-tez fıstığa qarşı allergiyası tuturmuş. O üzdən yanında müvafiq dərmanlar gəzidirirmiş. Amma o gecə həblərini götürməyi unudub və fıstıq yemiş sevgilisinin öpüşü həyatına son qoyub. "Qızımın gözləri son günlər sevgidən alışıb-yanırdı. Təəssüf ki, o, sevgilisinə fıstığa qarşı allergiyasının olduğunu demədən hamımızdan ayrıldı", deyə Məryəmin anası bildirib.
Ayxan