16 İyun 2016 21:35
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 iyun tarixində Soçidə Qafqaz Bəbirlərinin Bərpa Mərkəzində ana bəbirin üçəm balası dünyaya gəlib. Teleqraf.xəbər verir ki, üçəmlərin valideynləri bərpa mərkəzində olan Çeri və Alous bəbirləridir.

Qafqaz bəbiri 20-ci əsrin ortalarında Rusiya ərazisindən tamamilə yoxa çıxmışdır. Hal-hazırda Dağıstan, Şimali Osetiya, Çeçenistan və İnquşetiya ərazisində tək-tək fərdlərə rast gəlinməkdədir.

Şimali Qafqazda bəbir populyasiyasının bərpası gələcəkdə Böyük Qafqazın cənub ətəklərində də bərpasına səbəb olacaq. Çünki şimalda buraxılmış heyvanlar böyük ehtimalla əlverişli iqlim şəraiti və qida bazası olan cənub ətəklərə doğru gələcəklər.


Müəllif:

Oxşar xəbərlər