23 İyun 2016 08:06
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebookun yaradıcısı Mark Zukerbergin fotosunda onun MacBook Pro notbukunun kamerasını və mikrofonunu lentlə örtdüyü görünür.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, şəkil Instagramın istifadəçi sayının 500 milyona çatdığını qeyd etmək üçün paylaşılıb. Facebook şəkillə bağlı suallara cavab verməyib.

FTB (Federal Təhlükəsizlik Birliyi) direktoru James Comey əvvəl bildirmişdi ki, hakerlərin onu güdməsinin qarşısını almaq üçün o da notbukunun kamerasını qapadır.

Keçmiş Milli Təhlükəsizlik Agentliyinin kontraktoru olan Edvard Snouden tərəfindən sızdırılmış sənədlərdə iddia olunur ki, ABŞ və Böyük Britaniya casus agentlikləri 2008-2010-cu illər ərzində dünya boyu milyonlarla Yahoo istifadəçisinin vebkam şəkllərini ələ keçirib.

2013-cü ildə BBC 5 live araşdırması üzə çıxarıb ki, bəzi saytlar hakerlərin insanların xəbəri olmadan ələ keçirdikləri foto və videoları paylaşırlar. Hakerlər vebkamlara zərərli proqramlar vasitəsilə hücum edirlər.

Təhlükəsizlik şirkəti olan Symantec istifadəçiləri xəbərdar edib ki, kompüterlərinin vebkamlarını yataq otaqlarında açıq qoymasınlar və ya “kameranın qarşısında dünyanın izləməsini istəmədikləri hərəkətlər etməsinlər”.

Son araşdırmalara görə, hakerlər indi səsləri tutmaq üçün telefonlarda akselerometrlərdən istifadə edirlər.


Müəllif:

Oxşar xəbərlər