Qadınlara, cinsi azlıqlara dəstəyi ilə tanınan və bunu yaxşılıq üçün deyil, 21-ci əsrdə məhz belə lazım olduğu üçün etdiyini deyən Kanadanın baş naziri Castin Trudeonun Hindistanın Müstəqillik Günündəki rəqsi 1 il sonra yenidən gündəmə gəlib.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, kanadalı nazir Hindistanın müstəqilliyini elan etməsinin 70-ci ildönümündə verdiyi açıqlamada iki ölkə əlaqələrini gücləndirmək istədiyini bildirib.
Baş nazirin ötən il çəkilən videosunun yenidən gündəmə gəlməsinə isə belə izah veriblər: Hindlilər yaxşı bir rəqsi həmişə qiymətləndiriblər.
Sevinc