19 Avqust 2016 22:55
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV-in məlumatına görə qadınların hamılıqla sünnət edilməsinə çağırış etmiş Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin sədri İsmail Berdiyevin bəyanatı Rusiya ruhaniləri arasında birmənalı qarşılanmayıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bəziləri bu həssas mövzunu “qurdalamamağı” məsləhət görüblər, bəziləri isə ona dəstək bildiriblər.

"Əgər bunu bütün qadınlara şamil etmək olsaydı, çox yaxşı olardı, - yazıb İnterfax Berdiyevin bəyanatına istinadla, - Allah qadını yaradıb ki, uşaq doğsun və tərbiyə etsin. Sünnət buna mane olmur. Bununla qadınlar doğmaqdan məhrum olmurlar. Amma zina daha da azalmış olur”.

Maraqlıdır ki, müsəlman müftisinin sözləri pravoslav keşişi protoyerey Vsevolod Çaplinin ürəyincə olub. O deyib ki, Berdiyevi 25 ildir tanıyır və ona hörməti var. O müftinin bəyanatı ətrafında yaranmış qınaq hay-küyü ilə bağlı təəssüfünü bildirib.

Digər tərəfdən bir sıra müsəlman din xadimləri Berdiyevin bəyənatını pisləyib. Tatarıstandakı Quran Tədqiqatları Mərkəzinin direktoru, müfti Farid Salman deyib ki, Berdiyevin öz fikrilərini ifadə etmək haqqı var, lakin belə bəyanatlar islamofoblara İslamın geridə qalmış xalqların dini olduğunu iddia etmək bəhanəsi verir.

Rusiya Müsəlmanları Ruhanı İdarəsinin sədr müavini Ruşan Abbyasov qadın sünnətinin “İslam ideologiyasına” yad olduğunu deyib.

BMT-nin “qadın cinsiyyət orqanının şikəst edilməsi” adlandırdığı belə bir praktikanın Rusiyada mövcudluğuna dair məsələni Rusiya Hüquq Təşəbbüsü fondunun son hesabatı qaldırıb. Hesabatda deyilir ki, bu adət Dağıstanın əlçatmaz ucqar dağ yerlərində , həm də yarıtmaz şəraitdə həyata keçirilir.

Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsi, qadın sünnətinə görə 5-dən 7 ilədək, həddi buluğa çatmamış qızların sünnətinə görə isə 7-dən 10 ilədək həbs cəzasını nəzərdə tutur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qadın cinsiyyət orqanlarının qeyri-tibbi ehtiyaclardan bilərəkdən dəyişdirilməsi məqsədilə keçirlmiş bütün əməliyyatları qadınların cinsi əzalarının şikəst edilməsi sayır.

Bundan əvvəl Dağıstanda qadın sünnətindən məqsədin “qadınların odunu bir az almaq” olduğunu bəyan etmiş Berdiyev sonradan xəbər agenrtliklərinə deyib ki, onun sözləri təhrif olunub və İslam qadınların sünnətini tələb etmir. Onun sözlərinə görə o, “zinanın qarşısının alınması üçün nəsə etmək lazım olduğunu” deyib.

Amma bu arada çoxdan bəridir ki, Dağıstanın bir çox dini internet saytlarında respublikada icra olunan qadın sünnətinin qadınlar üçün xeyirli olduğu təbliğ edilir.

"Bu məsələ açıq müzakirəlik deyil”

Məhəmməd peyğəmbərin adına yazılan qadın sünnətinə dair hədisləri heç də hər yerdə etibarlı hesab etmirlər.
Abbyasov deyir ki, bu hadislərdə sünnətin “ehtirası cilovlanması” barədə verilən bəyanatın isbatı yoxdur. Farid Salman BBC-nin Rus xidmətinə deyib ki, ilahiyyat əsərlərində məişətdə əksini tapan çox məsələlər müzakirə olunur.

"Hədisdə peyğəmbərin dilindən deyilir ki, bu adət “tərifəlayiqdir”, - deyə izah edir müfti, - Əgər qadın özü bu qərarı qəbul edibsə, yaxşıdır. Amma o belə bir qərar qəbul etməyibsə, yenə də bu günaha yazılmır və nə təhqir, nə də təqdir olunmalıdır. Amma bizdə belə bir şey heç vaxt olmayıb. Kişi sünnəti cərrahlara tanışdır, amma qadın sünnətindən danışsan, hamı çiyinlərini dartar”.

"Bunu kim edir? Hardan götürüblər? – deyə ilahiyyatçı sual edir, - Bizdə Tatarıstanda və Mərkəzi Rusiyada müsəlmanların belə bir problemi yoxdur. Bizdə adamlar bu barıdə açıq danışmırlar. Bizim ilahiyyat əsərlərində - nə müasirlərində, nə də qədimlərində, bu problemə hətta baxılmır da” – deyib müfti.

Salmanın sözlərinə görə Berdiyevin dediklərini hər hansı regionun qəbul edib-etməməsi o yerlərdə olan əhalinin öz işidir. Lakin teoloqun fikrincə, onun dedikıəri onsuz da sakit olmayan müsəlman aləmində “lazımsız diqqətə” səbəb olur və aranı qatır.

"Başa düşmək lazımdır ki, bizim cəmiyyətimiz üçün aydın olmayan belə şeylər barədə danışanda suallar yaranır. Mən bu gün bəzi şərhləri oxumuşam. Deməliyəm kİ, bu şərhlər çox xoşagəlməzdir. Bu məsələni qızışdırmaq lazım deyil, o maraq doğurmur. Bu ümumiyyətlə açıq müzakirə mövzusu deyil. Buna görə xüsusi məhdud teoloji tədbirlər var” – deyib müfti.

Amma Çaplin Berdiyevə öz mövqeyindən geri çəkilməməyi tövsiyə edir: “Bütün qadınları sünnət etmək, yəqin ki, lazım deyil. Məsələn, pravoslavlara bu gərək deyil. Onlar bunsuz da zina etmirlər. Amma müftinin bu sözlərinin ümumbəşəri əhəmiyyəti var ki, qadir Allah qadınları uşaq doğmaq və tərbiyə etmək üçün yaradıb. Əlbəttə. Feminizm 20-ci əsrin yalanıdır”.

Çaplinin Facebook postuna şərhlərdə çoxları onu kişi sünnəti ilə heç bir əlaqəsi olmayan və qadınları şikəst edən, BMT tərəfindən pislənən praktikanı müdafiə etməkdə günahlandırırlar.

"Qoca nənə bir azın kəsib...”

Müğənni və Rusiya ictimai palatasının ailəyə, uşaqlara və analığa dəstək komissiyasının sədri Diana Qurtskaya sözü gedən hesabatda göstərilmiş faktların təhqiq olunması üçün baş prokuror Yuri Çaykaya məktub göndərib.

Məktubda xanım Qurtskaya insan haqlarlı müdafiəçilərinin məlumatlarını şübhə altına alır: “Bu günlərdə söhbət edə bildiyimiz vətəndaş cəmiyyəti fəalları, müxtəlif dinlərin nümayəndələri bu hesabata Şimali Qafqazda sülhə və dinlərarası sabitliyə qəsd cəhdi kimi baxırlar”.

Eyni zamanda müğənni-sədr ehtimal edir ki, əgər belə praktikanlın mövcudluğu isbat edilsə, bu, Rusiyadakı “destruktiv təriqətlərin” işi ola bilər.

Dağıstanda qadın sünnəti praktikasından söz açan hesabat müəllifləri yazırdılar ki, bu adət əsasən lokal şəkildə bütün qadınların sünnət edildiyi Tsuntinsk və Bejtinsk kimi rayonlarda, sünnətin az qala ucdantutma olduğu Botlix rayonunda və qismən icra olunduğu Tsumadin və Tlyaratin rayonlarında yayılıb.

Hüquq müdafiəçilərinin məlumatına görə Dağıstanda qadın cinsiyyət əzalarının şikəst edilməsi əməliyyatlarının ÜST tərəfindən müəyyən edilmiş dörd mövcud formasının üçündən istifadə edilir. Bu əməliyyatlardan yalnız biri – üçüncü tip olan infubilyasiya – cinsiyyət dodaqlarının kəsilməsi ilə uşaqlıq yolunun (vaginanın) daraldılması icra edilmir.

Başqa sözlərlə, əsasən birinci və ikinci tip əməliyyatlar – klitorodektamiya (klitorun qismən və tam kəsilməsi və ya onun ətrafındakı dəri qatlarının kəsilməsi) və ekzesiziya (kiçik cinsiyyət dodaqlarının və ola bilsin böyük cinsiyyət dodaqlarının kəsilməsi) həyata keçirilir.

Bir də bütün qalan manipulyasiyaları birləşdirən dördüncü tip möcvuddur. Bura klitorun çərtilməsi və “qan alınması” da daxildir.

Yerli sakinlər bu əməliyyatlar bardə danışanda “bir az çərtiblər”, “qan alıblar” , “qoca nənə qayçı ilə bir azını kəsib” kimi ifadələr işlədirlər.

Bütün bu kimi əməliyyatlara məruz qalanlar sonrakı həyatlarında seksual və psixoloji probelmlərlə üzləşirlər.

Cinsi həvəsi artıran, yoxsa azaldan

Digər tərəfdən artıq uzun illərdir Dağıstanın dini internet saytlarında belə bir nöqteryi-nəzər təbliğ edilir ki, guya respublikada icra olunan sünnətin Afrikadakı “vəhşi ayinlərlə” heç bir əlaqəsi yoxdur və hətta əksinə, bu əməliyyat seksual həvəsin azalmasına yox, artmasına kömək edir.

"Sadə bir əməliyyat etmək kifayətdir ki, orqazm yaşansın! – deyə Hacımurad Omarhacıyev adlı bir ilahiyyatçı İslamDag.ru saytının oxucusu olan bir qadının sualına cavab verirdi (Bu hissə materialdan çıxarılıb, lakin orjinal versiya keşdə var -1, 2) – Əsas odur ki, əməliyyat düzgün aparılsın. Bu əməliyyatı edən adamların bəzisi onu düzgün aparmırlar. Onlar klitoru və ya onun bir hissəsini kəsməklə insana xəsarət yetirirlər”.

Mahaçqalada özəl kabineti olan ginekoloq Xadicat Ajubova dəfələrlə mediaya özünün apardığı əməliyyatların da belə təsirə malik olduğunu deyib. Ajubovanın dediyinə görə, ona ən çox da gənc ərli qadınlar müraciət edirlər. Onlar sonradan bildirirlər ki, seksual həyatları xeyli yaxşılaşıb. “Bu sünnətdir və burada dinin əmr etdiyi başqa işlərdə olduğu kimi elmi izahata ehtiyac yoxdur, - deyə Ajuboba Dağıstan qadınlarının həyatına həsr olunmuş Daptar saytından sitat gətirir, - Bu əməliyyat zamanı dərinin qatı və ya başqa sözlərlə, klitorun üstündəki örtük kəsilir. Bu zaman nə klitorun özünə, nə də cinsiyyət əzalarının funksional baxımdan əhəmiyyətli olan başqa hissələrinə toxunulmur”.

Lakin qadın sünnətinin icra olunduğu yerlərin sakinləri Hüquq Təşəbbüsü Fondunun araşdırmaçılarına deyiblər ki, əksinə, bu əməliyyatı qadının seksuallığını azaltmaq üçün edirlər. Yəni qadınlar zina etməsinlər və gəzəyən olmasınlar. Qadınlar həm də etiraf edirlər ki, əməliyyat yuxarıda təsvir edildiyinin əksinə olaraq çox ağrılı keçir.

Dünya Səhiyyə Təşkilatı qadın cinsi əzalarını bilərəkdən dəyişən bütün qeyri-tibbi məqsədli əməliyyatları qadın orqanının şikəst edilməsi sayır.

ÜST vurğulayır ki, bu əməliyyatlar qız və qadınların sağlamlığına heç bir fayda vermir və yalnız ağır qanaxmalara, sidik ifrazı problemlərinə və sonradan kistlərin, infeksiyaların, sonsuzluğun yaranmasına , habelə doğuş zamanı fəsadlara gətirib çıxara bilir. ÜST-nin məlumatına görə, bu praktika ən çox Afrikanın şimal, şərq və şimal-şərq regionlarında və bir sıra Asiya və Yaxın Şərq ölkələrində yayılıb.


Müəllif:

Oxşar xəbərlər