24 Avqust 2016 08:52
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “OpenSignal” şirkəti dünya üzrə mobil rabitənin vəziyyətini təhlil edərək ən sürətli mobil internetə malik ölkələrin reytinqini tərtib edib.


Əsasən, Cənubi Koreya “3G” və “4G” şəbəkələrində mobil internetin ümumi sürətinə görə liderdir. Sinqapur, Macarıstan, Avstraliya və Danimarka isə müvafiq olaraq sonrakı yerləri tutur. İlk onluğaNorveç, Niderland, Litva, Yaponiya və İsveç daxil edilib.

Kosta-Rika və Əfqanıstan isə reytinq cədvəlində sonuncu yerləri bölüşür.

Qeyd edək ki, mobil rabitənin vəziyyəti üzrə təhlil cari ilin 1 may tarixindən 23 iyul 2016-cı il tarixinədək olan dövrü əhatə edir.


Müəllif:

Oxşar xəbərlər