15 Sentyabr 2016 08:17
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada 300 milyon il ərzində bir saniyə xəta ilə işləyən saat yaradılıb. Unikal mexanizm rusiyalı alimlər tərəfindən yaradılıb.

Onların sözlərinə görə, bu, dünyada ən dəqiq işləyən saatdır, həmçinin əbədi mühərrikdir, çünki onu işə salmaq lazım deyildir. “ICTnews” “computerworld.ru” saytına istinadən yazır ki, saatda rəngli spektral zolaq siferblat rolunu yerinə yetirir. Qurğu müxtəlif texnologiyalarda əldə edilmiş tərəqqidən geri qalmamaq üçün lazımdır. Məsələn, müasir “GPS” məkanda lazımi nöqtənin mövqeyini uzun müddət ərzində müəyyənləşdirdiyinə görə üç metrədək məsafədə səhvə yol verir.

Belə dəqiqlik isə sürücüsüz avtomobilin yaradılmasında əlverişli deyil. Atom saatı isə bu məsələnin həllində kömək edə bilər. İlk atom saatı hələ 1968-ci ildə düzəldilsə də, ancaq indiyədək onların geniş tətbiqi məhdudlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər