26 yaşlı gənc mühafizəçi işlədiyi mağazada gecə növbəsində çörək bişirən 27 yaşlı qadını zorlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Rostov bölgəsində baş verib. Olay vaxtı hər iki şəxs işlərini bitirib və bir yerdə spirtli içki qəbul ediblər. Sərxoş oğlan təklikdən istifadə edərək qadına təcavüz etmək qərarına gəlib. Bir neçə saatlıq qaç-qovdudan sonra oğlan qadını tutub və əsəbini onun başını divara vurmaqla çıxıb.
Daha sonra 26 yaşlı gənc istəyini həyata keçirib. Səhər saatlarında özünə gələn qadın hadisə yerinə polis çağırıb. Gənc oğlan polis bölməsinə aparılıb.
Elvin