16 Yanvar 2017 23:13
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya vətəndaşı üç uşağını göldə boğub.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı Akon Guode 1 yaşlı oğlu Bolu, dörd yaşında olan ekizlər Hanger və Maditi 2015-ci ildə Melbourne şəhərinin cənub-qərbində qətlə yetirib.

Onun uşaqlarından 6 yaşlı Alual da maşında olub, lakin hadisədən sağ çıxıb. Uşaqların atası Josef Manyang deyib ki, Quode ona qəzadan əvvəl başının gicəlləndiyini söyləyib.

O, Quodeni "uşaqlarını sevən bir ana" kimi təqdim edib. O deyib ki, ana uşaqlarını bilərəkdən öldürə bilməzdi.

Lakin əsas şahidlərdən biri polisə yazdığı ifadədə bildirib ki, Quode faciənin baş verdiyi gün uşaqlarını öldürəcəyini deyirdi. Yaxınlıqdan keçənlər avtomobildəki uşaqları xilas etməyə cəhd göstəriblər. Amma uşaqlardan üçü boğularaq həlak olublar.


Müəllif:

Oxşar xəbərlər