14 Avqust 2014 10:39
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözəlliyimizin ən mühüm göstəricilərindən biri də uzun kipriklərdir.

Amma təbiətin bizə hədiyyə etdiyi kipriklər, şərəfinə şeirlər mahnılar qoşulan ox kipriklər kimi olmur. Əgər siz xəyallarınızdakı kipriklərə nail olmaq istiyirsinizsə aşağıdakı məsləhətlərə riayət edin.

Lazım olanlar


2 xörək qaşığı gənəgərçək yağı
2 xörək qaşığı Əzvay geli ( Əgər bu gel evinizdə yoxdursa, Əzvay (Aloe) bitkisindən də bu geli əldə edə bilərsiniz)

Gənəgərçək yağı tərkibindəki yağ turşuları və E vitamin ilə kirpiklərinizin sürətlə böyüməsinə yol açar. Əzvay geli isə onların tökülməsinin qarşısını alar və gücləndirər. Bu qarışığı hər gün tətbiq etsəniz, 2-4 həftə içərisində nəticənin göz qabağında olduğunu görəcəksiniz.

Hazırlanması

Əzvay geli və gənəgərçək yağını qarışdırın. İstifadə etmədiyiniz boş maskara şüşəsinə və yaxud da kiçik bir qaba qoyun. Hər gecə yatmazdan öncə kirpik diblərinə pambıqlı çubuğun köməyi ilə tətbiq edin.

Ülkər


Müəllif:

Oxşar xəbərlər