22 Sentyabr 2014 15:40
4 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə yaşayan Annabelle Forest 7 yaşından bəri cinsi istismara məruz qalıb.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, 14 yaşından olanda isə anası tərəfindən qrup halında cinsi əlaqəyə məcbur edilən A. Forest illər sonra yaşadıqlarını qələmə alaraq kitab nəş etdirib.

O, 14 yaşından anasının üzvü olduğu Satanist camaatın üzvləri ilə qrup seksə məcbur edilib. 17 yaşına gəldiyində isə, camaat tərəfindən fahişə kimi istifadə olunub.

A.Forest 18 yaşına kimi 1800 nəfərlə yatmağa məcbur edildiyini bildirib.

İngiltərədə satışa çıxarılan kitabda Forest ilk dəfə 11 yaşında anasının oğlan dostu tərəfindən zorlandığını qeyd edib.

Yaşadığı o günlərdə həyatına son verməyi düşündüyünü də etiraf edən talehsiz qadın, yazdığı kitabla öz vəziyyətində olan başqa uşaqları qurtarmağı ümid etdiyini bildirib.

2011-ci ildə anasının oğlan dostu tərəfindən hamilə qalan Forest doğuşdan sonra evdən qaçıb.

Polisə etdiyi şikayətdən sonra anası və onun dostu həbs edilib.

Rüstəm


Müəllif: