13 Oktyabr 2014 23:45
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda Naniyn Texnoloji Universitetinin alimləri enerjisi uzun müddət tükənməyən unikal batareya hazırlamağa müvəffəq olublar. Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeni batareyalar 2 dəqiqə ərzində enerji ilə dolur.

Yeni nəsil batareyaları 20 ildən artıq müddətdə istifadə etmək mümkündür.

Alimlər iddia edirlər ki, bu ixtira sənayenin bir çox sahələrinə, o cümlədən elektromobillərin istehsalı sahəsinə təsir edəcək. Bundan savayı, batareyalar uzun müddət yararlı olduğundan toksik tullantıların azaldılmasına nail olunacaq. Çünki litium-ionlu batareyaların tez-tez dəyişdirilməsi toksin tullantıların yaranmasına səbəb olur.

Yeni növ akkumulyatorların iki il ərzində bazara çıxarılacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər