20 Oktyabr 2014 12:10
5 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən bizə məlumat verildi ki, məktəbimizin damı uçub, ona görə dərslər dayandırılıb. Hazırda Bakı şəhər Təhsil İdarəsinin işçiləri məktəbdədir, araşdırma aparırlar”.

Bakı şəhəri, Yasamal rayonu 225 saylı orta məktəbin müəllimlərindən biri Teleqraf.com-a bu barədə bildirib. Müəllimənin sözlərinə görə, damın uçmasına səbəb güclü külək olub: “Yəqin ki, güclü küləyə görə uçub. Dam örtüyünün bir hissəsi dağılıb. Məktəbin təmiri köhnə deyildi, görünür, küləyə davam gətirməyib”.

Təhsil Nazirliyindən verilən məlumata görə, məktəbdə tədrisin bərpa olunması ilə bağlı işlər görülür. Bununla əlaqədar gen ərzində ictimaiyyətə məlumat veriləcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər