21 Noyabr 2014 14:39
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyader Roman Abramoviç Türkiyədə yeni ada alır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Roman Abramoviç 35 milyon dollara satışa çıxarılan Mərmərə dənizindəki Karaca adasını almaq ərəfəsindədir.

Adaya investisiya qoymaq istəyən milyarder öncə "Karaca"nı 1-ci dərəcə təbii zona statusunu ləğv etməyə çalışır. ABŞ-da yaşayan və cins atların yetişdirilməsi ilə məşğul olan izmirli iş adamına məxsus olan Karaca adası 4 il əvvəl 25 milyon dollara satışa çıxarılsa da, adaya müştəri tapılmayıb.

Ada "Bosfor" əmlak şirkəti tərəfindən yenidən 35 milyon dollara yenidən satışa təqdim olunub. Havadan çəkilən reklamla tanıdılan adanın sahəsi müəyyən hissəsi meşəlikdən ibarət olmaqla 381 000 kvadrat metrdir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər