“British Airways” aviaşirkəti London-Bakı-London aviareysini gələn ildən “Heathrow” hava limanının 5-ci terminalından yerinə yetiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu qərar “British Airways”ın uçuş cədvəlinə əsasən, gələn ilin sonunda ümumi üç terminaldan iki terminala keçidlə əlaqədar qəbul olunub.
Hazırda Bakı-London aviareysi üzrə uçuşlar Böyük Britaniyanın ən iri aeroportunun 1-ci terminalından (T1) yerinə yetirilir.
“Aviareyslərin T1-dən 5-ci terminala keçirilməsi effektivliyi artıracaq və müştərilərə yeni salonlara və ticarət nöqtələrinə çıxış da daxil olmaqla geniş imkanlar yaradacaq.
Qeyd edək ki, 2013-cü ildə T5 aeroportlarda ən yaxşı terminal adına layiq görülüb.