Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, günün ikinci yarısında arabir 15-17 m/s olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
Teleqraf.com-a verilən məlumata görə, havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3-6° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayimləşməsi müsbət amil olsa da, 4-ü gün ərzində və 5-nə keçən gecə və səhər atmosfer təzyiqinin xeyli aşağı enməsi, 6-da isə şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir.