12 Dekabr 2014 08:15
3 620
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vanderbilt Universitetinin astronomiya professoru Devid Uentraub yeni kitabında müxtəlif dinlərin yadplanetlilərə münasibətini öyrənib.
Teleqraf.com-un məlumatına görə, "Dinlər və paralel həyat" adlı kitabda dinlərin yadplanetlilərə münasibəti müqayisə olunub. 2000-ci ilə qədər astronomlar ulduzlarda birlikdə 50 planet aşkar edib. Bu gün bu say mini keçib. 2045-ci ilə qədər bu sayın 1 milyona çatacağı ehtimal edilir.
Aşkar edilən planetlərdən birində həyat izləri də tapılıb. Buna görə də yadplanetlilərin ola biləcəyi fikri tamamilə real hesab edilir.
Uentraubun araşdırmasına görə, ateistlərin 55 faizi yadplanetlilərin mövcudluğuna inanır. müsəlmanların 44 faizi, yəhudilərin 37 faizi, Hinduların isə 36 faizi dünyadan kənar həyatın ola biləcəyini düşünür.
Yadplanetlilərin müvcudluğuna ən az inananlar isə xristianlardır. Onların 32 faizi yad planetlilərin ola biləcəyini söyləyiblər.

Müəllif:

Oxşar xəbərlər