30 Dekabr 2014 15:19
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Dövlət Universitetində "Nuhun gəmisi" düzəldiləcək. Universitetin rektoru Sadovniçiy deyib ki, layihənin qiyməti 1 milyard rubldur.

Teleqraf.com xəbər verir ki, elmi layihə MDU-nun elmi-texnoloji vadisində reallaşdırılacaq. Rektorun sözlərinə görə, layihə depozitarinin yer üzündə yaşayan bütün canlıların bankının düzəldilməsini nəzərdə tutur. Layihəyə Rusiya elmi fondunun ən böyük qrantı verilib. Vadidə hüceyrə materialının saxlanmasına şərait olacaq.

Qeyd edək ki, MDU-nun elmi-texnoloji vadisi 2018-ci ildə tikiləcək. Onun sahəsi 430 min kvadrat metr olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər