11 Yanvar 2015 15:47
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" sosial şəbəkəsi yanvarın sonunda şəxsi videoservisini işə salacaq.

Teleqraf.com xəbər verir ki, servis pleylistlərinin formatı və strukturu populyar "YouTube" videohostinqin pleylistlərinə oxşayacaq. Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. "Facebook" istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə layk qoymaq və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi "YouTube"da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək. Hazırda şirkətin mütəxəssisləri yeni xidməti testdən keçirirlər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər