Həkimlər qrip epidemiyası zamanı televizora baxmağı məsləhət görürlər. Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar televiziya verilişlərinin reytinqi sayəsində qrip epidemiyası zamanı insanların evdə keçirdikləri vaxtı və sosial fəallığın azalmasının xəstəliyin sağalma sürətinin artmasına müsbət təsirini qeyd ediblər.
Tədqiqatçılar 2009-cu ilin aprelində Mexikoda tüğyan edən A/H1N1 donuz qripini nümunə göstəriblər. Sən demə, o dövrdə televiziya verilişlərinin reytinqi artıb. Bu isə onu göstərir ki, insanlar həmin vaxt evdə qalmağa üstünlük veriblər.
Mütəxəssislər əmindirlər ki, əgər onlar instinktiv olaraq özlərini cəmiyyətdən təcrid etməsəydilər, donuz qripindən daha cox adam ziyan çəkərdi.
Həkimlər yoluxucu xəstəliklərə tutulma ehtimalı yüksək olan vaxtlarda, məsələn, mövsümi xarakter daşıyan qrip epidemiyaları zamanı bu taktikaya əməl etməyi məsləhət görürlər.