Milandakı Fondazione Prada məkanında interyerinin üzərində “Otel Qrand Budapeşt” filminin rejissoru Ues Andersonun çalışdığı kafe açılıb.
Teleqraf.com Rusiya ətbuatına istinadən xəbər verir ki, restoranın dizaynı üzərində çalışarkən rejissor öz həmkarlarının işlərindən - Lukino Viskontinin "Rokko və onun qardaşları" və Vittorio de Sikinin "Milanda möcüzə" filmindən ilhamlanıb. Bu səbəbdən kafenin atmosferi və onun retrointeryeri çox italyansayağı alınıb. Binanın memarlıq və dekorativ detalları saxlanılıb. Dalğalı tavan İkinci Viktor Emmanuilin məşhur ticarət qalereyasının şüşə günbəzini yaradır. Divarlar taxta ilə örtülüb, kreslo və stullar 50-60-cı illərin İtaliyasının estetikasında hazırlanıb. Burada olan detallardan ən maraqlısı o illərin hələ də çalışan oyun avtomatlarıdır.
Rüstəm