ABŞ alimləri müəyyən ediblər ki, uşaqlarda həyəcan hissi irsi xarakter daşıyır.
Viskonsin-Medison Universitetinin əməkdaşları eksperiment vaxtı aşkar ediblər ki, beynin 3 nahiyəsinin iştirakı ilə onun aktiv bağlamaları həyəcan hissinin və depressiyanın inkişafına yol açır.
Tədqiqatın müəllifi Ned Kalin deyib ki, belə aktivliyin əsas səbəbi baş beyindəki dəyişikliklərdir.
"Informing"in yaydığı məlumata görə, uşaqlarda çox tez-tez güclü həyəcan hissi və temperament müşahidə olunur. Bütün xarakteristikalar və genetik informasiya araşdırılandan sonra məlum olub ki, üzərində tədqiqat aparılan meymun balalarının təxminən 30 faizinə həyəcan hissi valideynlərindən keçib. Sən demə, insanlarda olduğu kimi, meymunlarda da həyəcan genləri nəsildən-nəslə ötürülür.
Alimlər hesab edirlər ki, həyəcan hissi valideynlərdə genetik dəyişikliklər üzündən təzahür edir.
Həyəcan hissi müəyyən mənada insanın təhlükəyə hazır olmasına və ya ümumiyyətlə ondan uzaq olmasına kömək edir. Lakin beynin üç nahiyəsinin aktivliyi səbəbindən bu hiss gələcəkdə də özünü büruzə verə bilər. Nəticədə depressiya inkişaf edir və bu da öz növbəsində psixi pozğunluq yaradır. ABŞ mütəxəssisləri bu mövzunu daha ətraflı araşdırmaq üçün yeni eksperimentlər aparmağı planlaşdırırlar.