13 İyul 2015 09:37
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Youtube portalında yadplanetlilər üçün nəzərdə tutulan “Voyacerin qızıl diski”ndə yer alanAzərbaycan muğamının audioyazısı yayılıb.

ANS PRESS-in məlumatına görə, audioyazını “Baku, Azerbaydjan” kanalı yayıb.

Qeyd edək ki, 1977-ci ildə Kosmosa buraxılmış iki amerikan kosmik aparatları olan Voyacerlər Yer kürəsi barədə məlumatın Qalaktikamızın digər sivilizasiyalarına ötürülməsinə yönəldilib. “Voyacerin” bortuna (n adı) içində qızıl suyuna salınan videodisk yerləşdirilib və yumru alümin qutu bərkidilib.

Voyacerin qızıl diski və məlumatlar bazası toplanan alüminium qutu

Diskdə 122 slayd var və onlarda ən mühüm elmi bilgilər, Yerin və onun qitələrinin görünüşləri, müxtəlif landşaftlar, insan və heyvan həyatından olan səhnələr, DNT molekulu, onların anatomik quruluşu və bioximik strukturu toplanıb.

“Voyacerin” 78% yazıları bir çox mədəniyyətlərin musiqili ifadə formalarına həsr edilib. Klassik qərb musiqisi Baxla (Branderburq konserti N2, “Rondo formasında qavot”, “Temperasiyası yaxşı müəyyən edilmiş klavir”), Betxovenlə (5-ci simfoniya, simli kvartet № 13), Motsartla ( “Sehrli fleyta”) və Stravinskiylə ( “Müqəddəs bahar”) təmsil olub. Yüngül qərb musiqisi isə - Çak Berri ilə («Johnny B. Goode»), Lui Armstronqla («Melancholy Blues») və Kor Villi Jonsonla («Dark Was the Night») təmsil olunub.

Yalnız qərb musiqisi seçiminin yarısından da azını təşkil edir. Qalan digər yazı isə Hindistan, Yava və Yaponiya klassik musiqisindən, həmçinin 2500 il əvvəl çin bəstəkarı Bo Ya tərəfindən 7 simli Tsisyantsin aləti üçün bəstələnmiş çin əsərindən ibarətdir.

Maraqlıdır ki, yad planetlilər üçün insan mədəniyyəti həm də Аzərbaycan muğamı ilə də təmsil olunub.

Xatırladaq ki, 1977-ci ildə buraxılmış “Voyacer” 2007-ci il avqustda Günəş sisteminin hüdudlarından kənara çıxıb. Lakin onun yadplanetlilər tərəfindən tapılması və hətta tapılsa belə diskin uzun müddət zədə almaması ehtimalı çox azdır.

Hər bir halda bur maraqlı layihə insanlığın özünə belə çox şey öyrədir. Məsələn bizimlə eyni planeti paylaşan amma hələ də ağıllanmayan ermənilər balabanın onlara aid olduğunu iddia etdikdə, bütün dünya tərəfindən qəbul edilmiş “Voyacer” diskini onlara misal gətirmək olar ki, ermənilər bu diskə salına biləsi insanlıq üçün heç bir xeyirə imza atmayıblar.


Müəllif:

Oxşar xəbərlər