İdeal çəkidə qalmaq üçün idmanla məşğul olmaq və sağlam qidalanmaq əsas şərtdir. Ancaq bununla yanaşı, qida menyumuzda maddələr mübadiləsini sürətləndirən və aldığımız kaloriləri xərcləməyimizi asanlaşdıran qidalara və içkilərə yer vermək də önəmlidir.
Publika.az yağları əridib ideal çəkiyə qovuşmağı asanlaşdıran meyvə şirələrini təqdim edir:
Kök şirəsi: bol miqdarda kalsium, maqnezium və betakarotin ehtiva edir. Həmçinin A, C, K, B1, B3
və B6 vitaminləri ilə zəngindir. Güclü antioksidant təsirə malikdir. Kök şirəsi maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.
Nar şirəsi: uzun müddət tox saxlayır. Antioksidantlarla zəngindir. Arıqlamağa kömək edir.
Zoğal şirəsi: Ən güclü antioksidantlar ehtiva edir. Bu antioksidantlar bədəndə yağların toplanmasının qarşısını alır. Həm maddələr mübadiləsini sürətləndirir, həm də həzm sisteminin işini asanlaşdırır.
Limon şirəsi: Arıqlamaq və ideal çəkidə qalmaq istəyənlər üçün ən faydalı meyvə limondur. Səhərlər günə limon şirəsi içərək başlaya bilərsiniz. Ancaq mədənizə zərər dəyməməsi üçün limon şirəsini eyni miqdarda su ilə qarışdırdıqdan sonra için.
Qeyd edək ki, bu şirələrin hamısı ev şəraitində hazırlanmalı, tərkibinə şəkər tozu əlavə edilməməlidir.