Kəndin sakinləri cadugərlikdə günahlandırdıqları 5 qadını döyərək, öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində polis 24 nəfəri həbs edib. Hadisə Hindistanın şərqindəki Harkhand əyalətində baş verib.
Polisdən verilən məlumata görə, qadınlar dəyənək və kəsici alətlərlə döyülərək, qətlə yetirilib. İstintağı aparan polis rəsmiləri kənddəki həbslərin davam edəcəyini açıqlayıb.
Samir